Millimizdə yeni baş məşqçi

  • By admin
  • 14 Dekabr 2019 20:06

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. 

Gununsesi.org xəbər verir ki, bu vəzifəyə Vаsif Talıbov təyin edilib. 46 yaşlı mütəxəssisə Famil Ağayev və Eldar Yusubov yardımçı olacaqlar. Onların ilk sınağı 7 – 12 yanvar 2020-ci ildə Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə təsadüf edəcək.

Hər üç mütəxəssis qadınlar arasında keçirilən Azərbaycan Super Liqasında müvafiq olaraq, “Murov”, “Azərreyl” və “Abşeron” komandalarının baş məşqçiləridir.

 

Gununsesi.org