Millimizin formasında yenilik - FOTO

  • By admin
  • 30 Avqust 2017 12:48

576813

Futbol üzrə Azərbaycan milli komandasının oyun formalarında dəyişiklik edilib.

Gununsesi.info AFFA-nın “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, formaya Azərbaycan bayrağı əlavə olunub.

Bundan başqa yığma üzvləri Norveçlə səfər, San Marino ilə evdə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına göy rəngli formada çıxacaqlar. Səfər və üçüncü oyun dəsti Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün milli komanda Osloda da meydana ev dəstində çıxacaq.

Qeyd edək ki, Norveçlə matç sentyabrın 1-də “Ullevaal” stadionunda, San Marino ilə qarşılaşma sentyabrın 4-də “Bakcell Arena”da keçiriləcək.

Gununsesi.info