Milyarder Roman Abramoviç həyat yoldaşından boşanır - FOTOLAR

  • Müəllif: admin
  • 07 Avqust 2017 15:54

inx960x640

Rusiyalı milyarder Roman Abromoviç xanımı Darya Jukovadan ayrılmaq  barədə qərara gəlib.

Gununsesi.info rbc-ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Roman Abramoviç və Darya Jukova birgə bəyanatla çıxış ediblər.

“10 illik birgə yaşayışdan sonra bizim üçün heç də asan olamayan ayrılmaq barədə bir qərar verdik. Bununla belə, biz yenə də iki gözəl övlad sahibi olaraq, həmçinin başlatdığımız və inkişaf etdirdiyimiz birgə layihələrin yaxın tərəfdaşı və dost olaraq qalırıq”- birgə bəyanatda  bildirilir.

Qeyd edək ki, Abramoviç və Jukovanın 14 yaşlı Leya adlı qızları və 7 yaşlı Aaron adlı oğlan övladları var. Darya Jukova bundan sonra uşaqlarının tərbiyəsi ilə məşğul olmaqla yanaşı, Moskvadakı “Qaraj” Müasir İncəsənət Museyinin və Sankt-Peterburqda Yeni Hollandiya adasındakı  mədəniyyət mərkəzində birgə işlərini davam etdirəcəklər.

Ayrılan cütlüklər 2005-ci ildə tanış olub və 2015-ci ilin yanvarında evləniblər.

Forbesin məlumatına görə, Roman Abramoviçin varidatı 9,2 milyard dollar həcmində dəyərləndirilir.

abramovich_zhukova

1429616830_1365969760_eb6

0777f32341e42ba785931b08d097e235_609

Gununsesi.info