Milyarder Süleyman Kərimov Fransada həbs olundu - FOTO

  • Müəllif: admin
  • 25 Noyabr 2017 11:20

Dağıstanlı milyarder, Rusiya Federasiya Şurasının senatoru Süleyman Kərimov noyabrın 21-də Fransanın Nitsa şəhərində hava limanında hüquq-mühafizə orqanları tərəfindən həbs olunaraq yerli polis bölməsinə aparılıb.

Gununsesi.info lenta.ru-ya istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan Kərimovun həbs müddəti bir sutkadan sonra uzadılıb. Kərimov on milyonlarla avro vergidən yayınmaqda və maliyyə dələduzluğunda ittiham olunur.

Fransanın Baş Prokurorluğunun Jan-Mişel Pretr bölgəsi üzrə nümayəndəsi bildirib ki, Kərimov uzun müddətdən bəri aparılan araşdırmalar əsasında dindirilir.

Rusiyanın Fransadakı səfirliyi həmin məsələyə müdaxilə edərək Kərimovla görüşməyə nail olublar, lakin rusiyalı diplomatların yerli hakimiyyətlə apardığı danışıqların detalları barədə bilgi verilmir.

Fransa mətbuatının yazdığına görə, Kərimovun Fransanın Lazur sahillərində 500 milyon avroluq daşınmaz əmlakı var. Fransanın yerli “Nice Matin” və “Le Figaro” qəzetləri də 12 hektarlıq bir ərazidə 90 min kvadratmetr əraziyə malik dörd; – Hier, Medy Roc, Lexa və Florella villalarına sahibdir.

“Le Point” qəzetinin yazdığına görə, Kərimov sənədlərdə bu villaları aldığı real qiymətdən aşağı qiymətə göstərib. “Kərimov sənədlərdə Hier villasını 35 milyon avroya aldığını bildirsə də, bu villanın bazar qiyməti 127-135 milyon avro dəyərində olub. Nəticədə Fransa büdcəsi milyonlarla vergi gəlirindən məhrum olub. Bunun nəticəsində Nitse  şəhər məhkəməsi Hier villasına vergi ödəmədiyinə görə təminat həbsi qoyub. Bu məsələyə görə, vergi vəkili həbs olunub və bütün maliyyə sənədləri götürülüb.

Kərimova qarşı işlər bununla bitmir. Kərimov 2006-ci ilin noyabrın 26-da Nitse şəhərinin İngili sahilində “Ferrari” maşını ilə qəza törədib. Qəza zamanı onunla bərabər maşında Tina Kandelaki də olub. Qəza  “Ferrari”nin yüksək sürətlə hərəkət etməsi nəticəsində baş verib. Qəza nəticəsində maşın yarıya bölünüb və Kərimov o zaman güclü yanıq xəsarətləri alıb.

Kərimov həbs olunan zaman varidatı 6,8 milyard dollar həcmində dəyərləndirilir. Kərimova qarşı cinayət işi bununla bitmir. Hələ 2013-cü ildə Belarus istintaq komitəsi dağıstanlı milyarder və “Uralkaliya”şirkətinin əməkdaşlarına qarşı cinayət işi açıb. Bundan sonra Kərimov barəsində İnterpola axtarış elan olunub. Düzdür, sonradan Moskva ilə anlaşma nəticəsində cinayət işi qapadılıb.

Tanınmış balerina Anastasiya Volçkova pərəstişkarlarına müraciət edərək Kərimova yardım etməyə çağırıb. Bu barədə öz İnstagram səhifəsində məlumat yayan balerina Voloçkova əvvəllər Kərimovla olan eşq məcarasını gizlətdiyini bildirsə də, indi bu açıq etiraf edib: “Artıq biz 3 ildir ki, eşq məcarası yaşayırıq. Etiraf edirəm ki, həyatda Süleymanı sevdiyim kimi, başqa birisini sevmədim… İnanıram ki, o da məni sevir”.

Balerina pərəstişkarlarından Kərimova kömək etməyi xahiş edib: “Kim necə bacarırsa… Ən yaxşısı dua edin”.

Gununsesi.info