
Karib adalarında baş verən “İrma” qasırğasında 1 milyondan artıq insan ziyan çəkib və daha 26 milyon insan təhlükə altındadır.
Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BXQK) məlumat yayıb.
BXQK-nin məlumatına görə, güclü qasırğa demək olar Barbadosadakı bütün binları uçurub, Puerto-Rikonun əhalisini isə tamamilə işıqsız qoyub. Qasırğa eyni zamanda, Böyük Britaniyaya məxsus Virqin adasına, həmçinin Sen-Marten, Sen-Bartelem, sent-Kits və Nevis adalarına da ciddi dağıdıcı ziyan vurub. Qasırğa nəticəsində 10-dən artıq insan dünyasını dəyişib.

Gununsesi.info












