Mindən çox nümayişçi ölkədə erkən seçki tələb edib

  • By admin
  • 18 Noyabr 2022 19:21

Monteneqronun paytaxtı Podqoritsada parlament binasının qarşısına toplaşan 10 mindən çox nümayişçi ölkədə erkən seçkilərin keçirilməsini tələb edib.

Gununsesi.info xəbər verir ki, Prezident Milo Cukanoviçin rəhbərlik etdiyi Monteneqro Sosialist Demokrat Partiyasının tərəfdarları olan aksiya iştirakçıları ölkə prezidentinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinə etiraz ediblər. Nümayişçilər “Biz Monteneqro və Avropa İttifaqı üçün buradayıq”, “Seçkilərin keçirilməsini istəyirik” yazılmış plakatlar açıb, “Biz konstitusiyanı pozmuruq, seçki istəyirik” kimi şüarlar səsləndiriblər.

Ölkədə növbədənkənar seçki tələbi ilə başladılan petisiyaya indiyədək 30 minə yaxın vətəndaş dəstək verib.

Xatırladaq ki, Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılıb. Hökumətin buraxılmasına avqustun 3-də D.Abazoviçin Serb Pravoslav Kilsəsi Patriarxı Porfiriya ilə Monteneqroda Serb Kilsəsinə rəsmi statusun verilməsi ilə bağlı imzaladığı fundamental razılaşma səbəb olub.

Gununsesi.info