“Mingəçevir SES”-i ildırım vurub -MÜƏSSİSƏLƏR DAYANIB

  • By admin
  • 26 May 2016 17:19

elek-1

“Mingəçevir SES”in ərazisində yerləşən yarımstansiyanı ildırım vurub. Bu barədə məlumat Gununsesi.info-ya Mingəçevirdən daxil olub. Məlumatda  qeyd olunur ki, hadisə dünən baş verib. İldırım vurması nəticəsində yarımstansiyanın sıradan çıxması avtomatik olaraq, şəhərin elektirik enerjisinin kəsilməsinə səbəb olub.  Bu gün Mingəçevirdə əhaliyə verilən elektirik enerjisi təmin olunsa da ancaq şəhərdəki müəssisələr və digər ictimai obyektlər hələ də  işıqsız qalıb.

Xatırladaq ki, dünən günorta saatlarında Mingəçevirə güclü leysan yağıb.

Gununsesi.info