Mingəçevirdə 24 yaşlı qızı velosiped vuraraq xəsarət yetirib

  • By admin
  • 03 Aprel 2018 20:33


Mingəçevir şəhərində 24 yaşlı qızı velosiped vurub.

”Report”xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində piyada keçidində baş verib.

Belə ki, yolu keçmək istəyən 1994-cü il təvəllüdlü şəhər sakini Elnarə Elxan qızı Abdullayevanı velosiped vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb olan velosipedçi hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info