Mingəçevirdə bədbəxt hadisə –  2 yaşlı uşaq pəncərədən yıxıldı

  • By admin
  • 31 İyul 2017 21:12

usaq1
Mingəçevir şəhərində azyaşlı üçüncü mərtəbədən yıxılıb.

“Report” xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsi 3a saylı binada baş verib.

Belə ki, həmin binada 16 saylı mənzildə yaşayan 2015-ci il təvəllüdlü Ümid Məhərrəm oğlu Əliyev üçüncü mərtəbədən yerə yıxılıb. Azyaşlı xəstəxanaya çatdırılıb və hazırda uşaq şöbəsində müalicəsi davam etdirilir. Ümid Əliyevin vəziyyəti normal olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info