Mingəçevirdə ev yanıb

  • Müəllif: admin
  • 08 Yanvar 2018 08:30

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində ümumi sahəsi 170 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m2 sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info