Mingəçevirdə mənzildə kişi meyiti tapılıb

  • Müəllif: admin
  • 02 Fevral 2018 17:24

Mingəçevirdə mənzildə 71 yaşlı kişi meyiti tapılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasediciləri mənzilin qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Babayev Qabil Ətixanpaşa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Gununsesi.info