Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıb

  • Müəllif: admin
  • 25 Sentyabr 2017 22:21

946940ee-e197-4540-9e25-59e2f76f2788
Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində, “Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb.
Qəza zamanı “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qapalı yol dairəsinə girib və orada maneələrə çırpılıb. Nəticədə 5-i bir ailənin üzvü olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.
Xəsarət alan şəxslər:
Sürücü – 1955-ci il təvəllüdlü Yevlax rayon Tanrıqullar kənd sakini Yaqub Əmiraslan oğlu Mustafayev
Sərnişinlər – 1951-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Qivami Fərzəli oğlu Abdullayev
1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynəb Abdulla qızı Abdullayeva
2011-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zərifə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir sakini Bayram Vüsal oğlu Abdullazadə
Xəstəxanaya yerləşdirilmiş yaralıların müayinə və müalicəsi davam edir.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.info