Mİngəçevirdə vətəndaşla icra şöbəsi əməkdaşları arasında insident - VİDEO

  • Müəllif: admin
  • 07 Dekabr 2018 12:11
Mingəçevirdə İcra ve Probasiya Şöbəsinin əməkdaşlarının zorakılığı nəticəsində 8 min manat aliment almalı olan qadın infarkt keçirib. 
Gununsesi.org xəbər verir ki, Moderator.az-a göndərilən şikayət məktubunda belə iddia olunur.
Bildirilir ki, hadisə ötən gün saat 19 radələrində Mingəçevirdəki “Karyer” deyilən ərazidə baş verib. Nəticədə Mingəçevirin Təcili Tibbi Yardım briqadası hadisə yerinə gələrək qadına ilkin tibbi yardım göstərmək zorunda qalıb.
Olayla bağlı zərərçəkmişin nümayəndəsi Bəşirova Sultan Eldar qızı baş prokuror və ədliyyə nazirindən olayın araşdırılmasını və günahkarların cəzalandırılmasını xahiş edir.

Gununsesi.org