Mingəçevirdə yaşlı qadın 4-cü mərtəbədən yerə yıxılıb

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 19:01


Mingəçevirdə bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, Heydər Əliyev prospekti, 68/1 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Aslanova Xanım Musa qızı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.
Ağır kəllə-beyin travması alan qadın xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info