
Zaqatalada ağır yol qəzası baş verib.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonu, Bəhmənli kəndində, sahibi məlum olmayan “VAZ-2106″ markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin (naməlum kişi) cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:00-da başa çatıb.
***
Son məlumata görə, hadisə Yevlax- Zaqatala – Gürcüstan magistral yolunun 108-ci kilometrliyində qeydə alınıb.
“VAZ-2106” markalı “62 BX 409” dövlət nömrə nişanlı minik maşının idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində avtomobilin sürücüsü, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Qaracayev Taleh Aslanbəy oğlu hadisə yerində ölüb.
Avtomobilin sərnişini, 1988-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Yunusov Qismət Ziyəddin oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Gununsesi.info