
Gününsəsi.info xəbər verir ki, İmişlidə minik avtomobili yoldan çıxaraq su kanalına düşüb. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayonun Qaralar kənd sakini Rəcəb Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itiirib. Nəticədə avtmobil yoldan çıxaraq kənardakı su kanalına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.Faktla bağlı araşdırma aparılır.
Gününsəsi.info