Minik avtomobili yük maşını ilə toqquşub - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 18 Fevral 2018 20:46

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Gununsesi.info xəbər verir ki, “VAZ 2106” markalı avtomaşınla “KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info