Minlərlə insan etiraza qalxdı: Qüds qərarı

  • By admin
  • 10 Dekabr 2017 10:30


6 mindən çox insan ABŞ-ın Cakartadakı səfirliyi qarşısına toplaşaraq Prezident Donald Trampın Qüdslə bağlı qərarına etiraz edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Straits Tayms” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, etiraz aksiyası İndoneziyanın PKS partiyası tərəfindən təşkil olunub.

Etirazçılar, “Fələstini azad edin!”, “Biz burada Fələstinə görəyik” şüarları səsləndiriblər.

 

Gununsesi.info