Minlərlə insanın qatili İranda prezidentliyə namizəd oldu - FOTO

  • Müəllif: admin
  • 26 Aprel 2017 14:12

unnamed (3)

Mayın19-da İranda keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədə fəaliyyət göstərən siyasi qüvvələr arasında fəallıq artıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran İnsan Haqqları Müdafiə Təşkilatının rəhbəri Hadi Kaimi prezidentliyə potensial namizədlər arasında favorit sayılan İbrahim Rəisi haqqında maraqlı faktlar ortaya çıxarıb.

Belə ki, 1988-ci ildə İbrahim Rəisi Məşhəddə İmam Rza hərəminin və ona bağlı çoxşaxəli qurum və təşkilatların rəhbəri, vaxtilə ölkədə siyasi məhbusların gizli şəkildə edamına hökm verən məşhur “Ölüm heyəti”nin tərkibində yer alıb.

H. Kaimi bildirb ki, İ. Rəisi mühakimə edilməli olduğu halda, ona prezidentliyə namizədliyini irəli sürməsinə kim icazə verib.

Anar
Gununsesi.info