Mirələm Mirələmov Hadrutda AZAN oxudu - VİDEO

  • By admin
  • 08 Oktyabr 2021 14:58

Tanınmış xanəndə Mirələm Mirələmov Hadrutda azan ifa edib.

Gununsesi.info xəbər verir ki, sənətçi opera ifaçıları Fəridə Məmmədova və İlham Nəzərovla birlikdə Hadruta yola düşüb.

Əldə etdiyimiz məlumata görə, M.Mirələmov və sənət dostları Hadrutun işğaldan azad olunması münasibətilə orada çəkiliş edib. Sənətçi çəkilişdən yaddaqalan məqamları İnstaqramda paylaşıb. Azan oxuyarkən çəkilən kadrlar böyük marağa səbəb olub.

Qeyd edək ki, 9 oktyabr Hadrutun erməni işğalından azad olunduğu gündür.

Gununsesi.info