İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının hava zərbələri nəticəsində öldürülüb.
Gununsesi.info Trend-ə istinadən xəbər verir.
Qəzet yazır ki, Əbu Bəkr əl-Bağdadi iyunun 10-da Rakka şəhəri istiqamətində endirilən aviazərbələr nəticəsində məhv edilib. Digər mənbələrin bildirdiyinə əsasən, İŞİD lideri İraqın Mosul şəhərində öldürülüb.
İyunun 10-daİraqın “əs-Sumariya” telekanalının yaydığı xəbərə görə, Əbu Bəkr əl-Bağdadi və onun tərəfdaşları İraq – Türkiyə sərhədi yaxınlığında yaralanıblar. Bu məlumatı koalisiya təsdiqləməyib. (Mirror)