Misir 2 adasını Səudiyyə Ərəbistanına təhvil verir

  • By admin
  • 01 İyul 2017 18:19

1498909909-6299
Misir Parlamenti Konstitusiya Komissiyasında ötən il Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi barədə qərar səsverməyə çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərar 44 nəfərlik komissiyada 35 lehinə səslə qəbul edilib.

Bununla da adaların təhvil verilməsi rəsmiləşib.

Qeyd edək ki, Qırmızı dənizdə Sina yarımadasına yaxın yerləşən bu iki ada illərdir iki ölkə arasında mübahisəli ərazi idi. Ötən il Kral Salmanın Misirə səfəri zamanı adaları təhvil vermək üçün qarşı tərəfi razı sala bilmişdi.

Gununsesi.info