Gununsesi.info -nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi Misir Nümayəndələr Palatasının binasında baş tutacaq.
Misirdə prezident seçkiləri martda keçirilib. əs-Sisi seçkilərdə 22 milyon səs (97 faiz) toplayıb. Seçkilərdə seçicilərin 41,05% faizi iştirak edib.
Beləliklə, Əbdül Fəttah əs-Sisinin növbəti 4 ildə ölkəyə rəhbərlik edəcək.













