Misirdə 10 nəfərə ölüm hökmü verildi

  • By admin
  • 30 Yanvar 2022 19:35

Qahirə Cinayət Məhkəməsi Misirdə terrorçu kimi tanınan Müsəlman Qardaşları təşkilatının 10 tərəfdarını edam cəzasına məhkum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Al Youm As Sabi” xəbər portalı məlumat yayıb.

Helvan Briqadaları adlanan bu cinayət işində ümumilikdə 215 nəfər iştirak edir. Məhkəmə qərarında qeyd edilib ki, müttəhimlər 2013-cü ilin avqustundan 2015-ci ilin fevralına qədər dövlət sistemini sarsıtmaq üçün Qahirə və Giza əyalətlərində fəaliyyət göstərən yeraltı şəbəkəyə rəhbərlik ediblər, təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar həyata keçiriblər və dövlət əmlakına, əsasən, elektrik şəbəkələrinə ziyan vurublar.

 

Hökmlər ilkin xarakter daşıyır və ölkədə qüvvədə olan qanunvericiliyə uyğun olaraq respublikanın Ali Müftiliyinə göndəriləcək və o, qəarsrı təsdiq edə, ya da rədd edə bilər. Lakin onun qərarı məsləhət xarakteri daşıyır. Yekun hökmlər məhkəmənin iyunun 19-da keçiriləcək iclasında elan olunacaq.

 

Gununsesi.info