Misirdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

  • By admin
  • 08 Mart 2020 21:27

Misirdə koronavirusa yoluxan xəstələrdən biri dünyasını dəyişib.

Gununsesiaz.info RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu, ölkədə koronavirusdan ilk ölüm hadisəsidir.

Dünyasını dəyişən 60 yaşlı şəxsin Almaniya vətəndaşı olduğu bildirilib.

 

 

Gununsesiaz.info