Mişustin bir il ərzində 79 milyon qazanıb

  • By admin
  • 07 Fevral 2020 14:10

Rusiyanın yeni Baş Naziri Mixail Mişustin 2008-ci ildən 2010-cu ilə qədər Federal Vergi Xidmətinə rəhbər təyin olunmazdan əvvəl Birləşmiş Maliyyə Qrupunda (UFG) çalışıb.

Gununsesi.org xəbər verir ki, şirkətin idarəedici partnyoru Polina Qerasimenko “RBC”ya açıqlamasında Mişustinin o illərdə qazandığı gəlir barədə danışıb.

Onun sözlərinə görə, o, 2009-cu ildə 79 milyon rubl (2 milyon 125 min 100 AZN) qazanıb ki, bunun da əksəriyyəti əməliyyat bonuslarından əldə edilib.

Qurum rəsmisi əlavə edib ki, Mişustin 2008-ci ildə böyük investisiya şirkətləri üçün adi bir tətbiq olan UFG aktivlərinə faydalı sahiblik üçün bir ailə tresti yaradıb. Bununla birlikdə, 2010-cu ildə dövlət qulluğuna keçidlə əlaqədar olaraq, aktivlərin satılması öhdəliyinə tabe olaraq 100%-lik tresti xanımı Vladlena Mişustinaya verib. Vladlena Mişustina 2010-cu ildən 2013-cü ilə qədər olan dövrdə cəmi 11.55 milyon dollar gəlir götürüb.

2013-cü ildə “Yalnız dövlət qulluqçularının özünə deyil, həyat yoldaşlarına və azyaşlı uşaqlarına da əlavə məhdudiyyətlər tətbiq edilməsi haqqında” qanunun qəbul edilməsi ilə əlaqədar Vladlena Mişustina tresti üçüncü tərəfə verməli idi. Lakin UFG ilə razılaşdırılaraq şirkət üçün risklərin qarşısını almaq üçün trest kənar şəxsə verilməyib.

“Buna görə də, o, qalan əmlakları ərinin anası və bacısına- Luiza Mişustina və Stenina Nataliya Vladimirovnaya təhvil vermək barədə qərar qəbul edib, – deyə Qerasimenko izah edib.

Qeyd olunur ki, Luiza Mişustinanın gəliri 2013-2015-ci illərdə 11.9 milyon dollar, Nataliya Steninanınkı isə 10.1 milyon dollar təşkil edib ki, bu da deklarasiyalarda rublla qeyd edilib. 2019-cu ildə trestin aktivlərinin son satışına dair müqavilə bağlanıb.

Gununsesi.org