Mitinqlərdə məşhurlaşan polis zabiti Naxçıvanın daxili işlər naziri oldu

  • By admin
  • 28 Dekabr 2022 21:01

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Süleyman Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info-nun xəbərinə görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin”.

Qeyd edək ki, Süleyman Neymətov Bakıda təşkil olunan kütləvi aksiyalardakı fəallığına görə məşhurlaşıb. Belə ki, onun aksiyalardakı bu fəallığı DİN rəhbərliyinin diqqətindən yayınmayıb və o son illər ərzində Polis İdarəsi rəisi vəzifəsinə qədər yüksəlmişdir.

Gununsesi.info