“Mixail Saakaşvili ilə nə edəcəyimizi bilmirik” - UKRAYNANIN BAŞ NAZİRİ

  • By admin
  • 16 Sentyabr 2017 13:37

saakashvili

Mixail Saakavilinin Ukrayna vətəndaşlığından çıxarılaraq Gürcüstana ekstradisiyası hüquqi müstəvidə həll olunası məsələ olduğundan, indiki mərhələ ona qarşı atacağımız addımı bilmirik.

Gununsesi.info zn.ua-ya istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Vladimir Qroysman deyib.

Mixail Saakaşvilinin qanunsuz olaraq Ukrayna dövlət sərhədini keçməsi və orada qalmaqal yaratmasını düzgün hərəkət hesab etməyən baş nazir deyib ki, tutduğu mövqeyindən asılı olmayaraq kiminsə dövlət sərhədində hər hansı formada xaos yaratması, özü də ukraynalı əsgərlərinə qarşı əl qaldırması düzgün olamayan bir hərəkətdir.

Bununla belə, baş nazir qeyd edib ki, populizm Ukraynanın inkişafına mane olan amildir. “Haçan ki, Ukrayna abadlaşır inkişaf edir, o zaman hansısa formada populzim ortaya atılır və bu da inkişafa mane olur”.

Baş nazir Saakaşvilinin Ukraynaya gəlişi və fəaliyyətini yeni populizm hərəkatı ilə əlaqələndirib. “Bu populizmin Ukraynanın inkişafına heç bir xeyri olamayacaq. Mən ölkənin iqtisadiyatı və sosial sahəsində hansı işlərin necə görülməsi barədə nəsə deyə bilərəm, ancaq bu populistlərlə nə etməyin yolunu bilmirəm. Ona görə də fikirləşirəm ki, bu məsələ ilə bağlı qərarı cəmiyyət verməlidir”.

Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi və Gürcüstana təhvil verilməsinə gəldikdə baş nazir deyib ki, Ukrayna bu məsələdə bütün qeyri-leqal miqrantlara yanaşdığı kimi ona da elə yanaşacaq: “Ancaq biz bir şəxsə qarşı belə bir addımı atmaq niyyətimiz yoxdur”.

Gununsesi.info