Mixeil Saakaşviliyə hökm oxunub - 3 İL AZADLIQDAN MƏHRUM EDİLDİ

  • Müəllif: admin
  • 05 Yanvar 2018 12:06

Tbilisi şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə hökm oxunub.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, Sandro Qirqvliani işi ilə bağlı M.Saakaşvilinin qiyabi 3 il azadlıqdan məhrum edilməsi qərara alınıb.

M.Saakaşvili “xidməti səlahiyyətlərindən sui-istifadə” maddəsinə əsasən təqsirli bilinir.

İstintaqın məlumatına əsasən, M. Saakaşvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçisi S. Qirqvlianinin ölümündə təqsirli bilinənləri azad edəcəyini deyib və sonra Əfv Komissiyasından kənar Qerontiy Alaniya, Mixail Bibiluridze, Avtandil Aptsiauri və Aleksandr Qaçavanı azad edib.

Gununsesi.info