MM-dən Vətən müharibəsinin ikinci ildönümü ilə bağlı BƏYANAT

  • By admin
  • 30 Sentyabr 2022 11:29

Milli Məclis Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar bəyanatla çıxış edəcək. Teleqraf.com xəbər verir ki, bəyanat müzakirələrdən sonra qəbul ediləcək.

Gununsesi.info xəbər verir ki, spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan 44 günlük vətən müharibəsi ilə torpaqlarını işğaldan azad edib. Üçtərəfli bəyanatla siyasi-diplomatik müstəvidə iş aparılıb:

“Bölgədə dövlətlər arasında münasibətlər qurulması üçün şərait yaranıb. Post münaqişə dövründə vəziyyəti düzgün qiymətləndirən Azərbaycan Ermənistana sülh sazişi imzalamaq üşün təkliflər irəli sürmüşdü. Görünən odur ki, son müharibədən Ermənistan nəticə çıxarmayıb”,-spiker qeyd edib.

Spikerin çıxışından sonra deputat Soltan Məmmədov Milli Məclisin bəyanatını kürsüdən oxumağa dəvət olunub.

Gununsesi.info