Möhsün Pakayin Azərbaycanı tərk edir

  • By admin
  • 07 Sentyabr 2016 12:11
möhsün
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin yaxın günlərdə Bakını tərk edəcək.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirildi ki, yeni səfir Cavad Cahangirzadə sentyabrın sonlarında Bakıya gələcək və indiki səfir Möhsün Pakayin Bakını tərk edəcək.
Səfir yaxın günlərdə Azərbaycanda diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar olaraq  vida tədbiri və mətbuat konfransı keçirməyi planlayır.
Möhsün Pakayinin Azərbaycanda iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətində uğurlu fəaliyyətinə görə, Mətbuat Şurası tərəfindən xüsusi diplomla mükafatlandırılacaq.
Mürtəza
Gununsesi.info