Möhsün Pakayin: “Azərbaycanla bağlı xatirələrimi yazacağam”

  • By admin
  • 19 Sentyabr 2016 15:45

möhsün

Sentyabrın 22-də Azərbaycanı xoş xatirələrlə tərk edəcəyəm. Mən özümü Azərbaycanda qərib hiss etmədim. Ölkəmə qayıdandan sonra Azərbaycan xalqı üçün darıxacağam. Azərbaycanla bağlı xatirələrimi yazacağam”.

Gununsesi.info-nun məlumatına görə, bu haqda  fəaliyyət müddəti başa çatmış İran İR-in Azərbaycandakı səfiri Möhsün Pakayin Mətbuat nümayəndələriylə yekun görüşündə deyib.

Möhsün Pakayin  bildirib ki, səfir olduğu müddətdə yalnız öz ölkəsinin mənafeyini düşünməyib: “Çalışdım ki, Azərbaycan tərəfinin də mənafeyi gözlənilsin. Düşünürəm ki, bizim münasibətlərimiz yalnız irəli gedəcək”-, deyə o bildirib.

Səfir qeyd edib ki, Azərbaycana gələndə,  ölkələrimiz arasında münasibətlər bu səviyyədə olmayıb: “Bəzən müəyyən anlaşılmazlıq yaranırdı. Səfir olduğum müddətdə iki ölkə arasında qarşılıqlı etimad yarada bildik. Bu gün iki ölkə arasında olan münasibətlər özünün ən yüksək dövrünü yaşayır. Mən səfir olduğum müddətdə prezidentlərin qarşılıqlı səfərləri həyata keçirilib, iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb, aviareyslərin sayı artıb. Yaxın zamanlarda isə Naxçıvan-Məşhəd qatarı işə düşəcək”.

İkitərəfli əlaqələrin inkişafında medianın xüsusi rolunu vurğulayan M. Pakayin yeni səfir Cavad Cahangirzadənin çox təcrübəli diplomat olduğunu vurğulayıb.

Gununsesi.info