Ölkə kubokunun sahibi müəyyənləşəcək

  • By admin
  • 25 May 2016 12:05

g

Bu gün Azərbaycan kubokunda final oyunu keçiriləcək. Gununsesi.info-nun

məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşacaq.
Ardıcıl üçüncü il ölkə çempionu olan Ağdam təmsilçisi “qızıl dubl”

etməyə çalışacaq. Mövsümü 6-cı pillədə başa vuran “Neftçi” isə

bu uğursuzluğu kuboku qazanmaqla unutdurmaq niyyətindədir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun

saat 20:00-da başlayacaq.

Gununsesi.info