Moldava GUAM-da əməkdaşlığını daha da inkişaf etdirəcək - Səfir

  • Müəllif: admin
  • 24 Yanvar 2017 17:35
george_leuke
Moldova prezidenti İqor Dodonun rusiyayönümlü bəyanatlar səsləndirməsi Moldovanın GUAM-dan çıxacağı kimi başa düşülməməlidir.
 
Gununsesi.info xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka jurnalistlərə açəqlamsında deyib. 
 
Onun sözlərinə görə, əksinə təşkilat çərçivəsində əməkdaşlıq güclənib:
“Özüm təşkilatın xətti ilə Bakıda keçirilən tədbirlərdə fəal iştirak edirəm. Təşkilat çərçivəsində irəliyə doğru müsbət addımların atıldığı müşahidə olunur. Fikrimcə, GUAM çərçivəsində  əməkdaşlıq inkişaf edəcək” – deyə,  səfir qeyd edib.
 
Qeyd edək ki, ötən ilin sonunda Moldovada keçirilən prezident  seçkilərində İqor Dodon qələbə qazanıb. Rusiyaya ilk rəsmi səfərini edən İ. Dodon bir sıra rusiyayönümlü bəyanatları ilə yadda qalıb.
Gununsesi.info