Moldova Rusiya səfirinə nota verdi – Diplomatlardan birini ölkədən qovdu

  • By admin
  • 19 Mart 2024 16:44

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov respublikanın Dnestryanı bölgəsində Rusiya prezidenti seçkilərinin təşkili ilə əlaqədar çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin Telegram-kanalında yerləşdirilmiş məlumatda deyilir.

“Diplomata Moldova hakimiyyətinin mövqeyinin əksinə olaraq, Moldova Respublikasının Dnestryanı regionu ərazisində Rusiya Federasiyasının prezidenti seçkilərinin təşkili ilə bağlı etiraz edilib. Bu kontekstdə səfirə nota verilib ki, səfirlik əməkdaşlarından biri Moldova Respublikası ərazisində persona non-qrata elan edilib və ölkəni tərk etməlidir”, – məlumatda deyilir.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi diplomatın Moldovadan çıxarılmasına cavab verəcəyini vəd edib.

“Rusiya müvafiq cavab verəcək”, – Rusiya Xarici İşlər Nazirliyi bildirib.

 

Gununsesi.info