Moldovaya qapımız açıqdır - Leyen

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 16:12

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moldovanı parlament seçkisinin nəticələrinə görə təbrik edib və Kişinyovu AB-yə daxil olmaq səylərində dəstəkləməyə hazır olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, Leyen bu barədə X səhifəsində yazıb.

“Moldova, sizdə yenə alındı. Seçiminiz aydındır: Avropa. Demokratiya. Azadlıq. Qapımız açıqdır. Və biz hər addımda sizinlə olacağıq”, – o bildirib.

 

Gununsesi.info