Möminlərin elə sirri var ki, Allah Öz mələklərinin də bunları eşitməsini istəməz

  • By admin
  • 06 Mart 2020 17:55

İshaq ibni Əmmar nəql edir: “Bir gün İmam Sadiqin (ə) xidmətinə getmişdim. Həzrət (ə) üzünü məndən çevirdi.

Mən dedim: “Nə səbəb olmuşdur ki, mübarək üzünüzü məndən çevirirsiniz?”.

Buyurdu: “O şeyə görə ki, səni qardaşlarına qarşı dəyişdirmişdir.

Ey İshaq! Mənə xəbər gəlib çatıbdır ki, sən gözətçinin qapısı önündə əyləşmisən ki, yoxsul Əhli-Beyt (ə) davamçılarını səndən dəf etsin”.

 

Dedim: “Ağacan! Mən şöhrətdən qorxmuşam”.

Buyurdu: “Bəs bəladan qorxmadın ki, yoxsulu uzaqlaşdırdığın üçün sənə nazil olar? Bilmirsən ki, iki mömin bir-biri ilə görüşərlər və sonra əl verərlər – Allah onlara rəhmətini nazil edər. Onun 99-u onun üçündür ki, daha çox məhəbbətə malik olarlar və bir-biri ilə qucaqlaşarlar, rəhmət onları əhatə edər. Əyləşən zaman əməlləri yazan mələklər deyərlər ki, kənara dayanaq, ola bilsin ki, onların elə sirri olsun ki, hər an Allah bizdən gizlədər”.

 

Dedim: “Məgər Allah buyurmamışdır ki, insan elə söz deməz, o halda ki, vəzifələrini yerinə yetirməyə hazır olan o iki mələk yanında olar”.

Həzrət (ə) buyurdu: “Əgər o mələklər eşitməsə də, aləmlərin Allahı hər an eşidir və görür””.

 

Bu mübarək hədisdə əziz İmam (ə) izah edir ki, mömin istər yoxsul olsun, istərsə də zəngin – sevilməyə layiqdir, uzaq durmağa deyil. Hətta mələklər belə onlara hörmət edir və iki mömin bir-biri ilə danışan zaman onların sözlərinə qulaq asmırlar ki, birdən aralarında elə sirr olar ki, Allah Öz mələklərinin də bunu eşitməsini istəməz. (İslami saytlara istinadən)

Gununsesi.org