Mor “Borussiya Dortmund” klubundan “Selta Viqo” komandasına transfer olundu

  • By admin
  • 29 Avqust 2017 21:52

mor

Türkiyə millisinin futbolçusu Emre Mor “Borussiya Dortmund” klubundan İspaniyanın “Selta Viqo” komandasına transfer olunub.

Gununsesi.info Türkiyənin “Milliyet” qəzetinə istinadla xəbər verir ki, Emre Mor tibbi yoxlanışdan keçdikdən sonra klub rəsmiləri ilə beş illik müqaviləyə imza atıb. Ulduz futbolçu yeni komandasında ildə iki milyon avro məvacib alacaq.

İspaniya klubu bu transferə görə Almaniya təmsilçisinə 12,5 milyon avro ödəyib.

Gununsesi.info