Morales Boliviyada prezident seçkilərində qalib gəlir

  • By admin
  • 25 Oktyabr 2019 09:26

Boliviyanın hazırkı dövlət başçısı Evo Morales səslərin 99,81%-nin hesablanmasının nəticələrinə görə prezident seçkilərinin birinci turunda qalib gəlib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin ən yüksək seçki məhkəməsinin məlumatlarına istinadən “Agence France-Presse” (AFP) bildirib.

Agentliyin informasiyasına görə, Morales 47,06% səs yığıb, onun ən yaxın rəqibi Karlos Mesa isə 36,52% səs toplayıb. Moralesi müxalifət namizədindən 10%-dən çox səs fərqi ayırır və artıq seçkilərin birinci turunda qələbəyə zəmanət verir.

Bazar günü Boliviyada prezident və parlament seçkiləri keçirilib. Seçkilərin ilkin nəticələri məntəqələrin bağlanmasından demək olar, 4 saat sonra elan edilib.

Mesa nəticələrin açıqlanmasından sonra bildirib ki, səsvermənin nəticələri ona ikinci tura çıxmağa imkan yaratmalıdır. Öz növbəsində Morales deyib ki, kənd rayonları sakinlərinin hesablanmamış səsləri artıq ona birinci turda qələbəyə zəmanət verir. Ölkədə qüvvədə olan qanunlara əsasən, namizəd birinci turda qələbə üçün 50%-dən çox səs yığmalı və ya rəqibindən 10% səs fərqi ilə 40% səs toplamalıdır.

 

 

Gununsesi.org