
Azərbayanın Rusiyadan aldığı növbəti silah partiyası Ermənistanı ciddi təşvişə salıb. Bu təşviş və ajiotaj erməni mediasında da öz əksini tapıb. Artıq bir neçə gündür ki, erməni mediası Rusiyanı hədəf alaraq Azərbaycana silah satmaqda öz müttəfiqinə və dostuna xəyanətdə ittiham edirlər. Lakin bəzi erməni ekspertlər Azərbaycana satılan silahın Ermənistan üçün ciddi təhlükə yaratdığını və İrəvanın yanlış siyasət yürütməsində görür.
Fövqəladə və səlahiyyətli səfir ranqında olan ekspert Arman Navasardyan hesab edir ki, hansı ölkə Azərbaycanın yerinə olsaydı eyni addımı atardı.
Gununsesi.info xəbər verir ki, bunu ekspert A.Navasardyan Rusiyanın Azərbaycana silah satmasını şərh edərkən deyib. “Rusiyanın Azərbaycana satdığı artileriya silahları Ermənistan üçün ciddi təhlükə törətsə də, BTR və digər silahlar elə də təhlükə yaratmır”- deyə, A.Navasardyan bildirib.
Onun fikrincə, Bakının bu addımı təbii və qəbul ediləndir. Lakin bununla belə erməni ekspert onu da əlavə edib ki, Moskvada heç də hamı Bakını dəstəkləmir. “İrəvanı dəstəkləyən qüvvələr də mövcuddur.
Erməni ekspert Rusiyanın Azərbaycana satdığı silahın biznes maraqlarından daha çox İrəvana verdiyi ciddi mesaj hesab edib. “Bununla Kreml İrəvana “sarı kart” göstərmiş oldu.Yəni İrəvanın son dövlərdəki Qərbyönümlü siyasəti Kremlin heç də ürəyindən olmadığından belə bir addım atıb”- deyə, erməni ekspert bildirib.
Gununsesi.info









