
Noyabrın 24-də Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin sammiti Azərbacanın Qarabağ məsələsində mövqelərini beynəlxalq aləmdə bir daha möhkələndirdi.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib.
Onun sözlərinə görə, Qərbin 6 dövləti ələ götürmək, nüfuz dairəsinə qatmaq planı Moskva tərəfindən həssaslıqla izlənir və münaqişələri Avropa Birliyi çərçivəsində həll etmək istəyinin qabağını almaq üçün Kremlin texnoloqları daha da fəallaşacaqlar: “Şübhə etmirəm ki, Moskva maksimum dərəcədə Qarabağ məsələsinin onun nəzarətindən çıxmamasına çalışacaq və digər alternativləri bloklayacaq”.
Ermənistanın bu tədbirdə qazancına gəldikdə isə millət vəkili deyib ki, İrəvanın sammitdən əsas qazancı maliyyə yardımların davam etdirilməsi idi və onlar buna nail oldular: “Digər tərəfdən İrəvan sammitdə və ümumiyyətlə Aİ “Şərq Tərəfdaşlığı” proqramında Moskvanın planlarının icraçısıdır. Belə ki, İrəvanın hər bir proqram daxilində fəaliyyəti Troya atları funksiyasına xidmət edir və topladığı məxfi informasiyaları məlum ünvanlara ötürür. Qaldı ki, Ermənistanın çoxvektorlu xarici siyasətə yürütməsinə, onların buna istəkləri olsa ,məlum parlament gülləbaranı hadisəsi təkrarlanar, lakin heç potensialı və resursu yol vermir ki, onlar Avropaya üz tutsunlar”.
Brüsseldə keçirilən sammitə gəldikdə isə Z.Oruc deyib ki, Riqa sammitindən fərqli olaraq son Zirvə toplantısı sözün əsl mənasında NATO-nin patronajlığı, daha sadə dillə desək, kölgəsi altında keçdi: “Çünki sammitdən öncə “Şərq Еərəfdaşlığı”na üzv ölkələrin rəhbərləri NATO Baş katibi ilə görüşdülər .Bunun ardınca “Şərq tərəfdaşlığı”na üzv ölkə başçılarının iştirakı ilə NATO-nun Atlantika Şurasının geniş toplantısı keçirildi. Məqsəd yeni Marşal planında iştirak edən və Moskvadan kənar alterantiv qitisadi-siyasi birliklərlə əlaqlər quran dövlətlərə təhlükəsizilk zəmanəti vermək və onları bir qədər sakitləşdirmək idi”.
Deputat əlavə edib ki, sammitdə Gürcüstan, Ukrayna və Moldova Aİ ilə münasibətlərini daha da sıxlaşdıraraq xarici siyasət kursunun dəqiq Qərb vektorunu seçdilər: “Digər ölkələr isə Rusiya amilini nəzərə alaraq, burada balanslı siyasətə üstünlük verdilər. Çünki Brüsseldə sammit ərəfəsində Moskvada MDB-yə daxil olan ölkələrin Təhlükəsizlik Şurasıın toplantısı keçirilirdi. Bunun mesaj kimi də dəyərləndirmək olar”.
Azərbaycanın Avropa İttifaqı ilə əalqələrinə toxunan deputat deyib ki, Azərbaycanın Aİ ilə münasibətləri təkcə transmilli şirkətlər üzərində qurulmayıb daha geniş platform üzərindədir və ölkəmizin təhlükəsizlik maraqlarına cavab verir: “Azərbaycan Aİ ilə münasibətlərinin qurulması istiqamətindəki strateji xəttə ziyan vurmamaqla, ölkəmizin Rusiya ilə də toqquşmasını istəmir”. O hesab edir ki, sammit bölgədəki prosesləri dəyişəcək: “Çünki NATO bölgəyə gəlmək niyyətini açıqlayıb. Lakin Moskvanı Gümrüdən çıxarmağa hazırki hərbi-siyasi reallıqda bir kimsənin gücü çatmaz. Ona görə də Ermənistan Aİ ilə əməkdaşlığını hansı səviyyəyədək və nə vaxtadək davam etdirəcək.? Pozuculuq siyasətinə nə zaman başlayacaq? Belə ki, Aİ-nin son Bəyannaməsində bir daha təcüvüzə məruz qalan ölkələrin hamısına vahid yanaşma tətbiq edərək, onların suvrenliyini və ərazi bötüvlüyünü qeyd-şərtsiz tanıdı. Ona gör ədə İrəvanın gələck təxribatlarına hazır olmaq gərəkdir. Son sammitin Cənubi Qafqazdakı hərbi-siyasi iqlimini dəyişəcəyinə heç kəsin şünhəsi olmasın”.
Mürtəza
Gununsesi.info












