Moskvada 9 May atəşfəşanlığı ləğv olundu

  • Müəllif: Firuzə
  • 09 May 2026 00:20

Rusiyanın paytaxtı Moskvada 9 May paradı ilə bağlı atəşfəşanlıq ləğv olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Bildirilib ki, ənənəvi atəşfəşanlığı bütün axşam gözləyən moskvalılar məyus halda evlərinə qayıdıblar.

Təhlükəsizlik rəsmisi səsgücləndirici ilə deyib: “Hörmətli vətəndaşlar, Moskva boyunca atəşfəşanlıq ləğv edilib”.

Gununsesi.info