
Moskvada Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi təxliyyə edilib.
Gununsesi.info xəbər verir ki, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub.
Binadan 100-ə yaxın şəxs çıxarılıb. Hazırda fakültə ərazisində axtarışlar aparılır.
Qeyd edək ki, Rusiyada partlayış təhdidləri ilə bağlı anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu müddət ərzində 180 şəhərdə 2,5 milyona yaxın adam təxliyə olunub.
Zənglərdən heç biri öz təsdiqini tapmayıb.
Gununsesi.info












