Moskvada ermənilərlə özbəklər arasında kütləvi dava - VİDEO

  • By admin
  • 04 Avqust 2017 12:48

yencag.ru_2017-08-02_18-45-26-651x369

Moskvada tikintidə ermənilər və özbəklər arasında kütləvi dava nəticəsində xeyli sayda insan yaralanıb.
Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, avqustun 2-də Moskvada Kommunarka deyilən ərazidə “Buninskie luqa” tikinti kompleksində özbək və ermənilər arasında yaranan  mübahisə kütləvi davaya çevrilib. 40-dan artıq işçinin iştirak etdiyi tikinti meydançasındakı davada  tərəflər bir birinə qarşı lom, lapatka, armatur,daş, kuvald, çəkicdən istifadə edib. Dava nəticəsində 6 nəfər ağır yaralanıb və onlar  xəstəxanaya yerləşdirilib.
 Münaqişə tikinti işçisinin birini zibili yuxarıdan təmizləyərək yerə tökməsi olub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Gununsesi.info