Moskvada qar səbəbindən təcili xəbərdarlıq elan edilib

  • By admin
  • 28 Noyabr 2017 23:18


Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) Moskva və Moskva vilayətində əlverişsiz hava şəraiti ilə əlaqədar təcili xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
“Frontal zonaların keçməsi ilə əlaqədar yaxın 1-3 saat ərzində Moskva və Moskva vilayəti üzrə bəzi yerlərdə qar yağacağı, yolların buz bağlayacağı gözlənilir”, – deyə məlumatda bildirilir.
İdarə sürücüləri ehtiyatlı olmağa çağırıb.

Gununsesi.info