Moskvada qoruyucu maska taxmaq tələbi yumşaldılır

  • By admin
  • 09 İyul 2020 15:32

Rusiya paytaxtının meri Sergey Sobyaninin sərəncamına əsasən, iyulun 13-dən etibarən Moskva küçələrində məcburi maska taxmaq rejimi ləğv olunacaq.

Gununsesi.org “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Moskva şəhər meriyasının saytında yayımlanıb.

Qeyd edilir ki, ictimai nəqliyyatda, tibb müəssisələrində, mağazalarda və digər ictimai yerlərdə maskadan istifadə əvvəlki kimi vacibdir və sosial məsafəni qorumaq tələbi qüvvədə qalır.

Gununsesi.org