Moskvanın Cümə məscidinə vəhabi hücumu

  • By admin
  • 04 Oktyabr 2016 22:08

hucum

 

Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.

Rusiya Moskvadakı mənbələrin Lent.az-a verdiyi xəbərə görə, bu gün 20 radələrində Mir prospektində  yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid  şəxslər hücum .

Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məcidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.

Məscid rəhbərliyinin hücum edənlərə dağılışmaq müraciəti nəticəsiz qalıb.

Bundan sonra hadisə yerinə 50-dək “OMON”-çu gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

Hazırda məsciddə gərginlik davam edir.

Hücum edənlə insident sonra hadisə yerindən uzaqlaşıblar.

 

Gununsesi.info