Moskvaya yaxınlaşan 180 PUA məhv edildi

Moskva meri Sergey Sobyanin bildirib ki, daha 14 Ukrayna dronu Moskvaya yaxınlaşarkən vurulub.

Gununsesi.info xəbər verir ki, o, bu barədə MAX platformasındakı kanalında məlumat verib.

Mer əlavə e dib ki, təcili yardım xidmətləri dağıntıların baş verdiyi ərazidə işləyir.  Moskvanın Vnukovo, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunur.

Qeyd edək ki, 18 iyun gecəsi və səhəri Moskvaya yaxınlaşarkən Ukrayna Silahlı Qüvvələrinə məxsus təxminən 180 PUA vurulub. Bu, son iki ilin ən böyük hücumu olub.

Gununsesi.info