Mosul İŞİD-dən tam azad edilib

  • By admin
  • 09 İyul 2017 20:45

mosul
İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror təşkilatından tam azad edilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Mosula səfər edən İraq baş naziri Haydar əl-İbadi bəyan edib.

İraq baş naziri qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib.

Bununla da Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatı 265 gün sonra başa çatıb.

Gununsesi.info