Mosula giririk Türkiyədən bəyanat

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 23:09

doyush1

 

Türkiyə Milli Müdafiə naziri Fikri İşıq sünni partizanlara və İŞİD-ə qarşı keçirilən əməliyyatla bağlı bəyanat verib.
Axar.az xəbər verir ki, nazir koalisiya qüvvələri ilə razılıq əldə edildiyini bildirib.
İşıq Türkiyənin Mosul əməliyyatına havadan dəstək verəcəyini bildirib: “Hərbi hava qüvvələrimizin Mosul əməliyyatına  qoşulması istiqamətində koalisiya qüvvələri ilə razılığa gəldik. Türkiyəsiz Mosulun gələcəyinə dair qərar vermək mümkün deyil”.

 

Gununsesi.info

Gununsesi.info